Sabirabadda yaşlı kişini avtomobil vurub

Sabirabadda yaşlı kişini avtomobil vurub Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 İyun , 2019 07:54
Sabirabadda yaşlı kişini avtomobil vurub

Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Nizami kəndində qeydə alınıb.

1957-ci il təvəllüdlü Nizami kənd sakini Mustafayev Ramiz Həsən oğlu yolu keçmək istəyən zaman onu “Mercedes” markalı minik avtomobili vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi