Sabirabadda yanğın zamanı 1 nəfər xəsarət alıb

Sabirabadda yanğın zamanı 1 nəfər xəsarət alıb Sabirabad rayonunda yanğın hadisəsi baş verib
Hadisə
198
18 Aprel , 2021 08:47
Sabirabadda yanğın zamanı 1 nəfər xəsarət alıb

Sabirabad rayonunda yanğın hadisəsi olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Quruzma kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 152 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində taxta atmalar və tavana çəkilmiş şüşə-pambıqdan ibarət üzlük 26 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alan şəxs ev sahibi, 1954-cü il təvəllüdlü Hüseynov Məhərrəm Əlimövsüm oğludur.

Son xəbərlər

Orphus sistemi