Sabirabadda vəzifəli şəxsin ölümünə səbəb olanların məhkəməsi başlayır

Sabirabadda vəzifəli şəxsin ölümünə səbəb olanların məhkəməsi başlayır Sabirabadda ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Baxşəliyev Əli və Rövşən Ramazanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
16 fevral 2022 04:15
Sabirabadda vəzifəli şəxsin ölümünə səbəb olanların məhkəməsi başlayır

Sabirabadda ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Baxşəliyev Əli və Rövşən Ramazanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin vaxtı hələki məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında Sabirabad rayonu Yastıqoba kəndində qeydə alınıb.

Belə ki, “Tofaş” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Elşən Ağayev hadisə yerində ölüb.

Eyni zamanda 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Son xəbərlər

Orphus sistemi