Saatlıda üçüncü dəfə zəlzələ olub

Saatlıda üçüncü dəfə zəlzələ olub Təkanların maqnitudası 3.3 olub
Hadisə
11 May , 2017 11:12
Saatlıda üçüncü dəfə zəlzələ olub

Bakı. 11 may. REPORT.AZ/ Saatlıda üçüncü dəfə zəlzələ olub.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Belə ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 10:50:51-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Təkanların maqnitudası 3.3, dərinliyi isə 46 km olub. 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km. dərinlikdə olub. 

Son xəbərlər

Orphus sistemi