Sabirabad. 11 aprel. REPORT.AZ/ Sabirabad rayonunda traktor aşıb, 23 yaşlı oğlan qoşqunun altında qalıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayounu Şəhriyar kəndi ərazsisində baş verib.
Belə ki, həmin kəndin sakini 1994-cü il təvəllüdlü Elşad Tofiq olu Hacıyev hərəkətdə olan traktorun qoşqusunda olub. Traktor aşıb və o, qoşqunun altında qalıb.
Hadisə zamanı ağır bədən xəsaərtləri alan yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, qapalı kəllə-beyin travması alan E.Hacıyevə ilkin tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.