Sabirabad. 1 oktyabr. REPORT.AZ/ Ötən gün Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
"Report" Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Balakənd kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədli Elməddin Saməddin oğlu qıc olaraq su kanalına yıxılıb.
Ağır vəziyyətdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olub.