Sabirabadda su kanalına düşən avtomobildən meyit tapılması barədə araşdırma aparılır

Sabirabadda su kanalına düşən avtomobildən meyit tapılması barədə araşdırma aparılır Sabirabad rayonunda su kanalında meyit tapılıb.
Hadisə
12 Avqust , 2021 11:15
Sabirabadda su kanalına düşən avtomobildən meyit tapılması barədə araşdırma aparılır

Baş Prokurorluq Sabirabad rayonunda su kanalına düşən avtomobildən meyit tapılması barədə məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "Report"a bildirilib ki, avqusun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyiti aşkar edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Faktla bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi