​Sabirabadda rayon sakininin həyətindən çətənə kolları aşkarlanıb

​Sabirabadda rayon sakininin həyətindən çətənə kolları aşkarlanıb Faktla bağlı cinayət işi açılıb
Hadisə
15 İyun , 2016 00:31
​Sabirabadda rayon sakininin həyətindən çətənə kolları aşkarlanıb

Sabirabad. 15 iyun. REPORT.AZ/ Sabirabad rayon Polis şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları “Xaş-xaş 2016” tədbirlər planı çərçivəsində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

“Report”un Aran bürosu xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində rayonun Surxayabad kənd sakini Şirxan İlham oğlu Həşimovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib.

Baxış zamanı 130 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Aqrotexniki qaydada becərilmiş çətənə kolları hal şahidlərinin iştirakı ilə kökündən çıxarılaraq polis şöbəsinə aparılıb. Şirxan Həşimov törətdiyi cinayəti boynuna alıb.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi