Sabirabadda qəza olub, xəsarət alan var

Sabirabadda qəza olub, xəsarət alan var Sabirabadda xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə
25 İyul , 2020 21:18
Sabirabadda qəza olub, xəsarət alan var

Sabirabadda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndində baş verib.

Süleymanov Pərviz Aslan oğlu idarə etdiyi 10-VB-540 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb. Qəza zamanı sürücü xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi