Yuxarı
    Bağlamaq

    Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb - FOTO

    O, qanunsuz olaraq 21 baş qaşqaldaq ovlayıb

    Sabirabad. 26 fevral. REPORT.AZ/ Sabirabad rayonunda qanunsuz ovla məşğul olan şəxs saxlanılıb.

    “Report”un Aran bürosu xəbər verir ki, Qasımbəyli kənd sakini Yusif Əhmədov rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə aparılan reyd zamanı tutulub.

    Onun qanunsuz olaraq ovladığı 21 baş qaşqaldaq və 1 ədəd ov tüfəngi götürülüb.

    Faktla bağlı Sabirabad rayon Polis şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi