Sabirabadda qadın televizorun yanması zamanı xəsarət alıb

Sabirabadda qadın televizorun yanması zamanı xəsarət alıb Sabirabad. 14 aprel. REPORT.AZ/ Sabirabadda baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.
Hadisə
14 Aprel , 2018 21:51
Sabirabadda qadın televizorun yanması zamanı xəsarət alıb

Sabirabad. 14 aprel. REPORT.AZ/ Sabirabadda baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad şəhəri, Muğan prospekti ev 34-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1955-ci il təvəllüdlü Rzayeva Firuzə Hacıbala qızı evdəki televizorun yanması zamanı aşağı ətrafından yanıq xəsarətləri alıb. Yaralı Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi