Sabirabadda qadın piyadanı avtomobil vuraraq öldürüb

Sabirabadda qadın piyadanı avtomobil vuraraq öldürüb Sabirabad. 8 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda yol qəzası baş verib.
Hadisə
8 sentyabr 2018 05:04
Sabirabadda qadın piyadanı avtomobil vuraraq öldürüb

Sabirabad. 8 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda yol qəzası baş verib. 

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Cəngən kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı avtomobil həmin kəndin sakini, 2000-ci il təvəllüdlü Lamiyə Xalıq qızı Mərdanovanı yolu keçmək istəyərkən vurub. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb. L.Mərdanovanın bacısının toyundan qayıdarkən hadisənin baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi