Sabirabadda qadın kişini bıçaqlayıb

Sabirabadda qadın kişini bıçaqlayıb Sabirabad. 8 may. REPORT.AZ/ Sabirabad rayonunda qadın kişini bıçaqlayıb.
Hadisə
8 May , 2018 15:07
Sabirabadda qadın kişini bıçaqlayıb
0 : 00
0 : 00

Sabirabad. 8 may. REPORT.AZ/ Sabirabad rayonunda qadın kişini bıçaqlayıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaragüney kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1978-ci il təvəllüdlü Ayaz Əsgər oğlu Sərxanov sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

A.Sərxanov qonşu qadın tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi