Yuxarı

Sabirabadda ovçu meşədə ehtiyatsızlıq nəticəsində özünü güllələyib

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindən müvafiq sənədləri olmayan İJ-K markalı tüfəng götürüblər

Bakı. 14 yanvar. REPORT.AZ/ Sabirabadda ovçu meşədə ehtiyatsızlıq nəticəsində özünü güllələyib. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sabirabad rayonunun Şıxsalahlı kəndinin meşə zolağında kənd sakini Nemət Məmmədli ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ayaq nahiyəsindən xəsarət alıb. N.Məmmədli xəstəxanaya yerləşdirilib.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-K" markalı tüfəng götürüblər. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi