Sabirabadda narkotik maddələr becərən şəxslər tutulublar

Sabirabadda narkotik maddələr becərən şəxslər tutulublar Sabirabad. 23 may. REPORT.AZ/ Sabirabad rayonunda çətənə kolu aşkarlanıb.
Hadisə
23 May , 2018 09:42
Sabirabadda narkotik maddələr becərən şəxslər tutulublar
0 : 00
0 : 00

Sabirabad. 23 may. REPORT.AZ/ Sabirabad rayonunda çətənə kolu aşkarlanıb. 

Bu barədə "Report"un Aran bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib. 

Belə ki, daxil olan məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndi ərazisinə baxış keçirilmiş, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və ümumi çəkisi 485 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Məsələ ilə əlaqədar olaraq RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Nərimankənd kənd sakinləri olan iki yeniyetməni saxlayıb. Araşdırma zamanı onların Sahil Əhmədov və Qədir Babayev olduqları məlum olub.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi