Sabirabad.13 noyabr.REPORT.AZ/ Sabirabad rayonunda narkotik alveri ilə məşğul olan şəxs yaxalanıb.
"Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyat tədbirləri həyata keçirilib.
Əməliyyat zamanı rayonun Şəhriyar kənd sakini Adəm Saleh oğlu Seyfullayev 70 manata 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana satarkən yaxalanıb. Onun üzərinə baxış keçirilən zaman daha 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı Sabirabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.