Sabirabadda motosiklet oğruları saxlanılıb

Sabirabadda motosiklet oğruları saxlanılıb Sabirabad. 5 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda motosiklet oğruları saxlanlıb.
Hadisə
5 Sentyabr , 2018 17:04
Sabirabadda motosiklet oğruları saxlanılıb

Sabirabad. 5 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda motosiklet oğruları saxlanlıb. 

Bu barədə Report”un Aran bürosuna DİN-in Mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli bildirib.

Belə ki, Sabirabad rayon Polis şöbəsinin Qaragüney polis bölməsinə ərizə ilə müraciət edən Moranlı kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən “İJ Planet-3” markalı motosikletinin oğurlandığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib. Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı, Əli Əliyev və Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi