​Sabirabadda minik avtomobilləri toqquşub, sürücü xilas edilib

​Sabirabadda minik avtomobilləri toqquşub, sürücü xilas edilib Hadisə gecə saatlarında baş verib
Hadisə
26 Aprel , 2015 07:32
​Sabirabadda minik avtomobilləri toqquşub, sürücü xilas edilib

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün gecə saatlarında Sabirabad şəhərində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış vətəndaşı avtomobildən çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi