Sabirabad rayonunda 50 yaşlı kişi meyiti tapılıb.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Minbaşı kəndində naməlum kişi meyiti tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, meyit Şirvan şəhər sakini, 1969-cu il təvəllüdlü Cəbiyev İlham Əbülfət oğluna məxsusdur.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhviL verilib.
Faktla bağlı araşdırma aparılır.