Sabirabad rayonunun Padarçöl kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərxan kənd sakini Əliyev Nizami Bəymirzə oğlunun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Nəticədə N.Əliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti
Faktla bağlı araşdırma aparılır.
*** 9:23
Sabirabad rayonunda avtomobil su kanalına düşüb.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Padarçöl kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Qəza zamanı avtomobilin sürücüsünün öldüyü bildirilir.