Sabirabadda mağazadan oğurluq edən şəxslər saxlanılıb

Sabirabadda mağazadan oğurluq edən şəxslər saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
955
8 Fevral , 2018 19:30
Sabirabadda mağazadan oğurluq edən şəxslər saxlanılıb

Sabirabad. 8 fevral. REPORT.AZ/ Sabirabad rayonunda mağazadan oğurluq edən şəxslər saxlanılıb. 

Bu barədə “Report”un Aran bürosuna DİN Mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan məlumat verilib. 

Belə ki, fevralın 7-də Sabirabad rayon sakini Əvəz Muradov Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) Qaragüney polis bölməsinə (PB) ərizə ilə müraciət edərək bir gün əvvəl ona məxsus mağazadan oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar həmin ünvana gələn Qaragüney PB-nin əməkdaşları müvafiq tədbirlər keçiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, mağazadan 1000 manat dəyərində telefon danışıq kartları və 580 manat dəmir pul oğurlanıb.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Xətai rayonu ərazisində olmaları müəyyən edilib. Xətai RPİ 35-ci və Sabirabad RPŞ Qaragüney polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Əlisa Nərimanov, Tovuz rayon sakini Pirqulu Hüseynov və Biləsuvar rayon sakini Nüsrət Həsənəliyev saxlanılıb.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf edib.

Oğurladıqları telefon danışıq kartlarının müəyyən bir qismi isə maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi