​Sabirabadda mağaza içərisindəki mallarla birgə yanıb

​Sabirabadda mağaza içərisindəki mallarla birgə yanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Mart , 2016 08:55
​Sabirabadda mağaza içərisindəki mallarla birgə yanıb

Bakı. 12 mart. REPORT.AZ/ Sabirabad rayonu, Quruzma kəndində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan tikinti materialları satış mağazasının yanar konstruksiyaları və içərisində olan tikinti malları yanıb. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Ticarət mərkəzinə bitişik sahəsi 120 kv.m olan ərzaq mağazası, avtomobil təmiri sexi və 1 ədəd bankomat aparatı yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi