Sabirabadda iranlı qadın əri tərəfindən döyülüb

Sabirabadda iranlı qadın əri tərəfindən döyülüb Sabirabad rayonunda iranlı qadın əri tərəfindən döyülüb.
Hadisə
24 Sentyabr , 2019 18:02
Sabirabadda iranlı qadın əri tərəfindən döyülüb

Sabirabad rayonunda iranlı qadın əri tərəfindən döyülüb.

“Report”un xəbərinə görə, hadisə rayonun Ətçələr kəndində baş verib.

İran vətəndaşı, 1992-ci il təvəllüdlü Golizadekah Alanagh Rogaye polisə müraciət edərək bildirib ki, Ətçələr kəndində yaşayan Ədalət Tomarla ailə qurub. Lakin o, ailə quran zaman Azərbaycana turist vizası ilə gəlib.

Qadın bildirib ki, Ə.Tomarla yaşadığı müddətdə əri tərəfindən tez-tez döyülüb, fiziki işgəncələrə məruz qalıb və onun İrana qayıda bilməməsi üçün pasportu da həyat yoldaşı tərəfindən cırılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi