Sabirabadda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Sabirabadda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB Sabirabad rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
12 İyun , 2019 08:07
Sabirabadda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Sabirabad rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 1975-ci il təvəllüdlü Heydərov Səbri Əliheydər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1989-cu il təvəllüdlü İmişli rayon sakini Paşayev Bəşir Azər oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü, avtomobildə olan sərnişinlər - İmişli rayon sakinləri - 1987-ci il təvəllüdlü Həşimov Vüqar Radif oğlu və 1968-ci il təvəllüdlü Əliyev Daşqın Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.


*** 07:13

Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistral yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi