Sabirabadda iki avtomobil toqquşub, 1 nəfər yaralanıb

Sabirabadda iki avtomobil toqquşub, 1 nəfər yaralanıb Hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunda qeydə alınıb
Hadisə
18 Noyabr , 2017 21:51
Sabirabadda iki avtomobil toqquşub, 1 nəfər yaralanıb
Report

Sabirabad. 18 noyabr. REPORT.AZ/ Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayonun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Sabirabadın Qaratoğay kənd sakini, 55 yaşlı Vəlixan Heydər oğlu Heydərov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi