Sabirabad. 15 avqust. REPORT.AZ/ Sabirabad rayonunda gənc sevdiyi qızın qohumları tərəfindən bıçaqlanıb.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Əli Pənah oğlu Bağırov sevdiyi qızın qohumları tərəfindən döyülüb və daha sonra bədəninin müxtəlif yerlərinə bıçaq xəsarətləri yetirilib. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.