Sabirabadda gənc bıçaqlanıb

Sabirabadda gənc bıçaqlanıb Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
10 noyabr 2021 18:45
Sabirabadda gənc bıçaqlanıb
0 : 00
0 : 00

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Zəngənə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Balayev Babək Balabəy oğlu tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı çoxlu qan itirdiyindən təcili olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi