Sabirabadda fərdi yaşayış evində yanğın baş verib

Sabirabadda fərdi yaşayış evində yanğın baş verib Hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb
Hadisə
3 Yanvar , 2016 09:16
Sabirabadda fərdi yaşayış evində yanğın baş verib

Bakı. 3 yanvar. REPORT.AZ/ Sabirabadda yanğın hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə gecə saat 04:40 radələrində rayonun Yolçubəyli kəndində qeydə alınıb. Kənd sakini, 50 yaşlı Mübariz Əliqulu oğlu Gözəlova məxsus 2 otaq, 1 aynabənd və 1 mətbəxdən ibarət fərdi yaşayış evinin mətbəxi yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə Hissəsinə məxsus 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər mətbəxdə başlayan alovun otaqlara keçməsinin qarşısını alıblar. Buna baxmayaraq 15 kvadratmetrlik mətbəx yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi