Sabirabad rayonunda yaşadığı evdə meyiti tapılan şəxsin kimliyi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, həmin ünvanda yaşayan, 1945-ci il təvəllüdlü Gözəlov Eldar Mənsim oğlunun meyiti qonşuları tərəfindən aşkarlanıb.
Bu barədə məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanları gəlib və meyit aidiyyəti üzrə təhvil verilib.
Hələlik ölümün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
*** 19:23
Sabirabad şəhərində yaşlı kişinin yaşadığı evdən meyiti tapılıb.
“Report”un Aran bürosu xəbər verir ki, meyit şəhərin Məmməd Xəlilov küçəsindəki evlərin birində yerli sakinlər tərəfindən aşkar olunub.
hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və FHN-in üsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.