Sabirabadda evdə yanğın olub

Sabirabadda evdə yanğın olub Hadisə Həsənalı kəndində baş verib
Hadisə
19 Yanvar , 2015 23:12
Sabirabadda evdə yanğın olub

BAKI. 19 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda yanğın hadisəsi qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Həsənalı kəndində (rayon mərkəzinden 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 3 otaq və aynabənddən ibarət evin tavanı 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi