Sabirabadda canavarlar sürüyə hücum edib, 26 qoyun tələf olub

Sabirabadda canavarlar sürüyə hücum edib, 26 qoyun tələf olub Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib
Hadisə
12 Aprel , 2017 15:30
Sabirabadda canavarlar sürüyə hücum edib, 26 qoyun tələf olub

Sabirabad. 12 aprel. REPORT.AZ/ Sabirabad rayonunda canavarlar qoyun sürüsünə hücum edib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Azadakənd kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini Etiram İlham oğlu Qurbanova məxsus təsərrüfatda canavarlar tövləyə hücum edib və 70 baş qoyundan 26-nı parçalayıb, 7-ni isə yaralayıb. 

Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib.

Son xəbərlər

Orphus sistemi