Sabirabadda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanıldı

Sabirabadda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanıldı Sabirabad şəhərində yol qəzası baş verib.
Hadisə
21 Yanvar , 2021 13:01
Sabirabadda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanıldı

Sabirabad şəhərində yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 20-də saat 1 radələrində Sabirabad şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Y.Ataşov vurulub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Y.Ataşovun vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Suqovuşan kənd sakini H.Məmmədov müəyyən edilərək saxlanılıb.

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi