Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb 55 yaşlı kişi xəstəxanaya aparılarkən yolda keçinib
Hadisə
26 İyun , 2016 08:48
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabad. 26 iyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Sabirabadın Qaragüney kəndi ərazisində yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, həmin kəndin 55 yaşlı sakini Məhərrəm Süleymanov yolu keçmək istəyərkən “Jiqulu” markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi