Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alan var Sabirabadda baş verən qəzada bir nəfər xəsarət alıb.
Hadisə
4 Avqust , 2021 08:00
Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
0 : 00
0 : 00

Sabirabadda baş verən qəzada bir nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Yolçubəyli kəndində baş verib.

Belə ki, Füzuli rayon sakini, 1986-cı il təvəllüdlü sürücü Quliyev Elçin Ziyad oğlu minik avtomobilinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılıb. E.Quliyev qəza nəticəsində müxtəlif xəsarətlər alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi