Yuxarı

Sabirabadda avtomobil at arabasını vurub, 3 nəfər yaralanıb - YENİLƏNİB

Sabirabadda avtomobil at arabasını vurub, 3 nəfər yaralanıb - YENİLƏNİB

1315

Yaralılardan biri qadın, digəri isə uşaqdır

Sabirabad. 6 iyun. REPORT.AZ/ Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaratoğay kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Osmanlı kənd sakininin idarə etdiyi “KİA” markalı avtomobil yolla hərəkət edən at arabasını vurub. At arabası isə öz növbəsində yol kənarında duran qadına çırpılıb. Nəticədə arabada olan Qaratoğay kənd sakini, 39 yaşlı Vahidov Ramil Bəybala oğlu, piyada qadın, Qaratoğay kənd sakini, 22 yaşlı Əkbərova Aynur Vüqar qızı və onun qucağındakı yaş yarımlıq Əkbərov Əkbər kazım oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi