Sabirabadda avtomobil aşıb, sürücü xəsarət alıb

Sabirabadda avtomobil aşıb, sürücü xəsarət alıb Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Hadisə
16 May , 2019 22:20
Sabirabadda avtomobil aşıb, sürücü xəsarət alıb

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qalağayın-Sarıcalar avtomobil yolunda baş verib.

Cəlilabad rayonunun Alar kənd sakini, 1997-ci il təvəllüdlü Quliyev Kənan Namiq oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın yolun kənarına aşıb. Xəsarət alan sürücü Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi