​Sabirabadda avtomobil aşıb, 2 nəfər yaralanıb

​Sabirabadda avtomobil aşıb, 2 nəfər yaralanıb Hadisə rayonun Qalğayın kəndi ərazisində qeydə alınıb
Hadisə
30 İyun , 2016 22:16
​Sabirabadda avtomobil aşıb, 2 nəfər yaralanıb

Sabirabad. 30 iyun. REPORT.AZ/ Sabirabadda avtomobil aşıb, 2 nəfər yaralanıb.

”Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qalğayın kəndi ərazisində qeyə alınıb.

Bakı şəhər Xətai rayon sakini 43 yaşlı Asif Məmməd oğlu Yunisov idarə etdiyi xarici markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb.

Həticədə avtomobilin sürücüsü və salonda olan 45 yaşlı Sevinc Allahverdi qızı Yunusova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardımdan sonra onlar Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi