Sabirabad. 29 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ata və oğlun adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Türkədi kənd sakini, 1988-ci il təvəllüdlü Vilayət Vaqif oğlu Ağayevin idarə etdiyi “KİA SERATO” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan oğlu, 2013-cü il təvəllüdlü Tural Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
*** 11:49
Sabirabad. 29 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Mil-Muğan bürosunun məlumatna görə, hadisə rayonun Türkədi kəndində qeydə alınıb.
Belə ki, "KİA-SERATO” markalı avtomobil hərkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb.
Yaralıların vəziyyətnin ağır olduğu bildirilir.