Sabirabadda at arabasını vurub qaçan sürücü tutulub

Sabirabadda at arabasını vurub qaçan sürücü tutulub Mayın 3-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası vurulub. V.Əkbərov xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisə
6 May , 2019 12:10
Sabirabadda at arabasını vurub qaçan sürücü tutulub

Mayın 3-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası vurulub. V.Əkbərov xəsarətlə xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətricəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Mürsəlli kənd sakini Rəvan Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi