Sabirabadda at arabası yol qəzasına səbəb olub, 1 nəfər yaralanıb

Sabirabadda at arabası yol qəzasına səbəb olub, 1 nəfər yaralanıb "Jiquli" arabanı vurmamaq üçün yolunu dəyişib və "Qazel"lə toqquşub
Hadisə
28 İyun , 2017 08:31
Sabirabadda at arabası yol qəzasına səbəb olub, 1 nəfər yaralanıb

Sabirabad. 28 iyun. REPORT.AZ/ Sabirabadın Kürkəndi kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Balakənd kənd sakini, 20 yaşlı Atlıxan Namiq oğlu Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən qarşısına at arabası çıxıb.

At arabasında qadın-uşaq olduğunu görən sürücü onları vurmamaq üçün yolunu dəyişmək istəyən zaman qarşıdan gələn “Qazel” markalı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2107”nin sürücüsü Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi