Sabirabadda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - 2

Sabirabadda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - 2 Sabirabadda xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə
2797
7 İyul , 2020 01:10
Sabirabadda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - 2

Video əlavə olunub


***00:09

Sabirabadda 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Belə ki, "Shagman" yük maşını ilə "Toyota Prado" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər - Hüseynov Azər Şakir oğlu və Nigar Məmmədova ölüb. Qeyd edək ki, qəzada ölən A.Hüseynov Sabirabad rayon Mədəniyyət evinin əməkdaşıdır. 

Qəza zamanı xəsarət alan daha 2 nəfər - Zəhra Məmmədova və Vüsalə Məmmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar qəzada ölən N.Məmmədovanın övladlarıdır.

Faktla bağlı araşdırma aparılır.


23:33

Sabirabadda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 23 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“90-OZ-805” dövlət nömrə nişanlı “Shagman” markalı yük maşını “90-BZ-057” dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.