Sabirabadda "KaMAZ" "Mercedes"lə toqquşub: ölənlər və xəsarət alanlar var - YENİLƏNİB-2

Sabirabadda "KaMAZ" "Mercedes"lə toqquşub: ölənlər və xəsarət alanlar var - YENİLƏNİB-2 Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib
Hadisə
240
9 Oktyabr , 2017 08:41
Sabirabadda KaMAZ Mercedeslə toqquşub: ölənlər və xəsarət alanlar var - YENİLƏNİB-2

Şirvan. 9 oktyabr. REPORT.AZ/ Sabirabadda "KaMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət almış Etibar Məzahir oğlu Eyvazlı dünyasını dəyişib. 

Qeyd edək ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


***08:40

Sabirabadda "KaMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə nəticəsində Füzuli rayon sakinləri - 22 yaşlı Araz Mehdi oğlu Xənimli, 21 yaşlı Etibar Məzahir oğlu Eyvazlı xəsarət alıb. İkinci yaralının vəziyyətinin kritik olduğu bildirilir.

Qeyd edək ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.  


***07:57

Sabirabadda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "KaMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfərin yaralandığı bildirilir. 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi