Sabirabadda 66 yaşlı kişini avtomobil vurub

Sabirabadda 66 yaşlı kişini avtomobil vurub Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Yanvar , 2020 22:41
Sabirabadda 66 yaşlı kişini avtomobil vurub

Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb.

Avtomobil kənd sakini, 1954-cü il təvəllüdlü Qayıbov Baloğlan Əhməd oğlunu mağaza qarşısında vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

B. Qayıbovun baytar həkim olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi