Sabirabad. 26 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda 6 ay əvvəl dünyasını dəyişmiş qadını ərinin qətlə yetirdiyi məlum olub.
Bu barədə “Report”un Aran bürosuna rayon prokurorluğundan məlumat verilib.
Məlum olub ki, bu ilin mart ayında rayonun Kovlar kəndində ölmüş Şahnisə Muradovanı əri Xanbala Cəfərov boğaraq öldürüb.
X.Cəfərov tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.