Sabirabadda iki nəfər dəm qazından zəhərlənib

Sabirabadda iki nəfər dəm qazından zəhərlənib Sabirabad rayonunda yerli sakini dəm qazından zəhərlənib.
Hadisə
23 Yanvar , 2022 10:20
Sabirabadda iki nəfər dəm qazından zəhərlənib

Sabirabad rayonunda iki nəfər dəm qazından zəhərlənib.

“Report”un Aran bürosunun məlumatına görə, Sabirabad şəhəri, Babək küçəsi 4-də yaşayan, 1978-ci il təvəllüdlü Əliyev Elmir Balaxan oğlu evdə dəm qazından zəhərlənib. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər hadisə isə rayonun Eldar Qənbərov küçəsində qeydə alınıb. Sözügedən ünvanda dəm qazından zəhərlənən 2003-cü il təvəllüdlü Vəliyev Sənan Vüqar oğlu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi