Sabirabadda 32 yaşlı kişi özünü asıb - YENİLƏNİB

Sabirabadda 32 yaşlı kişi özünü asıb - YENİLƏNİB Sabirabad rayonunda yaşadığı evin həyətindəki yarımtikilidə özünü kəndirlə asaraq intihar edən şəxsin adı məlum olub.
Hadisə
23 İyun , 2019 08:49
Sabirabadda 32 yaşlı kişi özünü asıb - YENİLƏNİB

Sabirabad rayonunda yaşadığı evin həyətindəki yarımtikilidə özünü kəndirlə asaraq intihar edən şəxsin adı məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki,  bu, şəhərin H.Aslanov küçəsi 25 ünavında yaçayan, 1987-ci il təvəllüdlü Məhərrəmov Orxan Tofiq oğludur. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


*** 07:23

Sabirabad rayonunda orta yaşlı kişi özünü asaraq intihar edib. 

"Report"un Aran bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi yaşadığı evin həyətindəki yarımtikilidə kəndirlə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi