​Sabirabadda 3 otaqlı ev yanıb

​Sabirabadda 3 otaqlı ev yanıb Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
3 Aprel , 2015 20:42
​Sabirabadda 3 otaqlı ev yanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Sabirabad rayonunda fərdi yaşayış evi yanıb. "Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Quruzma kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabəddən ibarət olan ev və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi