Sabirabadda 2 nəfər yol qəzasında ölüb - VİDEO - YENİLƏNİB

Sabirabadda 2 nəfər yol qəzasında ölüb - VİDEO - YENİLƏNİB Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
Hadisə
13 İyul , 2019 19:40
Sabirabadda 2 nəfər yol qəzasında ölüb - VİDEO - YENİLƏNİB

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində sürücü Usubov Vüqar Qismət oğlu və onun bacısı Usubova Nuridə Qismət qızı dünyasını dəyişib. Avtomobildə olan Usubov Əmirağa Qismət oğlu və Məmmədov Nicat İlkin oğlu isə xəsarət alıblar. 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.


*** 16:23

Sabirabad rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib. 

"Report"un Mil-Muğan bürosu xəbər verir ki, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun 43-cü kilometrliyində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "BMW" markalı minik maşınının sürücüsü idarəetməni itirərək dirəyə çırpılıb. 

Qəza nəticəsində iki nəfərin öldüyü bir nəfərin isə yaralandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi