Yuxarı

​Sabirabadda 25 yaşlı gənc bıçaqlanıb

Samir Hüseynov əməliyyat olunub, vəziyyəti ağırdır

Bakı. 11 yanvar. REPORT.AZ/ Sabirabadda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Salmanlı kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 25 yaşlı Samir Əliqiyas oğlu Hüseynov mübahisə zəminində adı hələlik məlum olmayan bir nəfər tərəfindən bıçaqlanıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. 

Xəstəxanadan "Report"a bildirilib ki, S.Hüseynov sol böyrünün kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) cinayət işi açılıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi