Yuxarı

​Sabirabadda 21 yaşlı gənc dəm qazından zəhərlənib

Zərərçəkənin həyatını xilas etmək mümkün olub

Sabirabad. 27 may. REPORT.AZ/ Sabirabad rayonunun Qalağayın kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, 21 yaşlı yerli sakin Əkbər Əşrəf oğlu Əliyev hamamda dəm qazından zəhərlənib.

Zərərçəkən yaxınları tərəfindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində Əkbər Əliyevin həyatı xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi